Logo

Təhsil nazirinin Lənkəran şəhərindəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib

15.07.2022 09:23 366 baxış
IMG

Təhsil naziri Emin Əmrullayevin 22 iyul 2022-ci il tarixində Lənkəran şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Təhsil Nazirliyindən "Tehsil.biz"ə verilən məlumata görə, vətəndaş qəbulu iyulun 26-da keçiriləcək.

Qəbulda Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarında qeydiyyatda olan sakinlər, eləcə də həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin də iştirakı nəzərdə tutulub.

Qeyd olunan rayonların sakinləri 18 iyul 2022-ci il (saat 18:00-dək) tarixənədək Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron (https://edu.gov.az/az/contact_us) və rəsmi "Whatsapp" xidmətinə (0512067848) müraciət etməklə qəbula yazıla bilərlər.

Qeyd edək ki, qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edəcək. Müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan şəxslər qəbulun keçirildiyi otağa şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar.

Xəbər lenti