Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Riyaziyyat fakültəsinin Elmi şurasının iclası keçirilib.
Tehsil.biz xəbər verir ki, şuranın sədri dosent Araz Fərəcov iclasın gündəliyində qeyd olunan məsələləri diqqətə çatdırıb. O, 2021/2022-ci tədris ilinin yekunları və yaz imtahan sessiyasının nəticələri haqqında məlumat verib.
Fakültədə fəaliyyət göstərən ixtisas kafedralarının müdirləri professor Bəhrəm Əliyev, dosent Allahverdi Cəfərov və dosent Səadət Mazanova illik hesabatlar haqqında çıxış ediblər.
Yekunda dosent Araz Fərəcov yeni tədris ilində qarşıda duran mühüm vəzifələrdən danışıb.