Logo

AzMİU əməkdaşının startapı Boğaziçi Universitetində Akselerasiya proqramına qəbul olunub

15.07.2022 14:31 387 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşı Ramin Əkbərovun “Drop by drop” startapı Türkiyənin Boğaziçi Universitetinin Akselerasiya proqramına qəbul edilib.

AzMİU-dan bildirilib ki, Ramin Əkbərovun startapı Azərbaycandan seçilən 5 layihədən biri olub.

Qeyd edək ki, Boğaziçi Universitetinin Akselerasiya proqramı Türkiyə Texnoloji Komandasının (T3 Vakfı) dəstəyi ilə həyata keçirilir. Azərbaycandan olan startapçılar avqustun 14-dən 19-dək Türkiyədə olacaqlar. Startapçılar bu proqramda iştirak imkanını mayın 26-29-da Bakıda keçirilmiş “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində təşkil olunmuş “Take Off Baku” Startap Sammitində əldə ediblər . Onların təqdim etdikləri layihələr “DropbyDrop”, “HealWith”, “Tenter”, “Asuniser”, “Enthouse”, “Safavy” startaplarıdır.

Xəbər lenti