Logo

UNEC tələbələri Azərbaycan Beynəlxalq Bankının fəaliyyəti ilə tanış olublar

15.07.2022 14:52 398 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Azərbaycan Beynəlxalq Bankında (ABB) təlimdə olublar.

UNEC-dən bildirilib ki, təlim zamanı tələbələrə ABB-nin Məlumat Mərkəzi və Telesatış şöbəsinin fəaliyyəti barədə məlumat verilib. Eyni zamanda, müştərilərlə ünsiyyət və korporativ etiket qaydaları əyani şəkildə nümayiş olunub.

Sonda təlim iştirakçılarına sertifikat verilib.

Xəbər lenti