Logo

"ASAN xidmət" mərkəzlərində magistraturaya elektron sənəd qəbulu xidməti

15.07.2022 17:55 534 baxış
IMG

İyulun 15-dən vətəndaşlar Təhsil Nazirliyinin xidmətləri təklif olunan 5 və 7 saylı "ASAN xidmət" mərkəzlərində ali təhsilin magistratura pilləsi üzrə elektron sənəd qəbulu xidmətindən də yararlana biləcəklər.

Tehsil.biz xəbər verir ki, vətəndaşlar ali təhsil müəssisəsinə getmədən https://portal.edu.az/ saytında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə sənəd qəbulunu həyata keçirə bilərlər. Qeydiyyat zamanı çətinlik yaşayan vətəndaşlar "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, mərkəzlərdə sözügedən xidmətlə yanaşı, təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi, şagirdlərin elektron yerdəyişməsi, ümumi təhsil müəssisələrinin birinci sinflərinə şagird qəbulu, cari təhsilalanlar üçün elektron təhsil arayışları, təhsil tələbə kreditinə elektron müraciət xidmətlərindən yararlanmaq mümkündür.

Xidmətlər haqqında daha ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz:

https://asan.gov.az/az/category/asan-xidmetler/funksional-yardimci-xidmetler/tehsil-nazirliyi-terefinden-goesterilen-xidmetler-1

Xəbər lenti