Logo

TƏBİB suçiçəyi peyvəndi ilə bağlı ÜST-ə müraciət etdi

15.07.2022 20:40 514 baxış
IMG

“Suçiçəyi peyvəndinin Milli Peyvənd Təqviminə salınması ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı qarşısında məsələ qaldırmışıq. Çünki peyvənd təqviminin müəyyən edilməsi ÜST-ün tövsiyəsi əsasında həyata keçirilir”.

Tehsil.biz APA-ya istinadən xəbər verir ki, bunu TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin Ana və uşaq sağlamlığının təşkili şöbəsinin məsləhətçisi Şəbnəm Şahgəldiyeva deyib. O bildirib ki, bu peyvənd digərləri ilə nisbətdə bahalıdır:

“Suçiçəyi peyvəndinin Milli Peyvənd Təqviminə salınması olduqca zəruridir. Çünki bu virus hazırda ölkəmizdə uşaqlar arasında geniş yayılıb. Azərbaycanda peyvəndlərlə əlaqədar mövcud vəziyyətə baxdıqda sözügedən peyvəndin dövlət proqramına salınması əhəmiyyətlidir”.

Xəbər lenti