Logo

"Xoşbəxt"dən başlayan xoşbəxtlik, yaxud hindsayağı - "...samajho dilabar jaanee... "

16.07.2022 16:32 966 baxış
IMG

Zaman yetişdi. Söz yetişdi. Zamanında deyilən söz yadigar qaldı.

Adəm peyğəmbər ilk söz ağası kimi
Nizami də söz mülkünün sahibi kimi

"Nizami hər sözü demiş birinci,
Qoymamış qalsın cilasız bir inci"

İki sətir türk əsilli hind şairi və musiqiçisi Əmir Xosrov Dəhləvinindir.

Hind demişkən yadıma Şahrux Xanın musiqisindən bir hissə düşür:

"ham logan to samajh sake to - 2
samajho dilabar jaanee"

Söhbət sözdən gedir, bir-birini başa düşməkdən.

Sizə söz ucalığı arzulayıram...
Sözləriniz bir-birinizi qocaltmasın, ucaltsın!

Sizə dağ ucalığı arzulayıram...
Sözləriniz bir-birinizin qəlbini dağa döndərsin!

Bir də Sizə mənəvi ucalıq arzulayıram, çün mənəvi bağlılıq üzərində qurulan bütün ailələr bir ömür xoşbəxtdir...

Rəhmətlik Şirməmməd Hüseynov deyirdi ki, sağlam ailə sağlam cəmiyyətdir.

Sizə fiziki və mənəvi sağlıq arzulayıram...

Nizami Rəmzi də bir qəzəlində yazırdı:

"Düz tərbiyə almışlara insan deyəcəklər,
İsmətli olanlar ucalıb dağ olacaqdı"

Şamil, İlahə, ağgünlü, ağbəxtli olasınız.

"Xoşbəxt məkan"dan başlayan xoşbəxtliyiniz əbədi olsun.

Vaxtınız, baxtınız xoş olsun!


Əsgər İsmayılov

Xəbər lenti