Logo

UNEC-də magistraturaya sənəd qəbuluna başlanılıb

16.07.2022 18:20 453 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) magistraturaya sənəd qəbuluna başlanılıb.

UNEC-dən bildirilib ki, sənədlərin qəbulu elektron qaydada aparılır.

Magistraturaya qəbul olanlar sənədlərini elektron formada universitetin rəsmi səhifəsinə (unec.edu.az) daxil olaraq, “Tələbə kabineti” qeydiyyat bölməsinə keçid almaqla (kabinet.unec.edu.az) sistemə yükləməlidirlər.

Güzəştlər yalnız ilk dəfə magistrant olanlara aiddir.

Sənədlərin qəbulu iyulun 25-dək davam edəcək.

Xəbər lenti