Logo

Şamaxıda 15 yaşlı qız özünü asıb

17.07.2022 13:41 1808 baxış
IMG

Şamaxı rayonunda intihar hadisəsi olub.

Tehsil.biz "apa"ya istinadən xəbər verir ki, hadisə bu gün saat 12:00 radələrində rayonun Kiçik Xınıslı kəndində qeydə alınıb.

Kənd sakini, 2007-ci il təvəllüdlü Əzimova Zeynəb Arif qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asıb. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün uşağın həyatını xilas etmək mümkün olmayıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım stansiyasının həkimləri hadisə yerindədir. On beş yaşlı qızın özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər lenti