Bakı uşaq teatrının aktrisası Gülnar Əlizadənin ölüm səbəbi bilinib.
"Tehsil.biz"in məlumatına görə, teatrın direktoru İntiqam Soltan Manset.az-a açıqlamasında bildirib ki, aktrisa ürək tutmasından vəfat edib:
"Ayın 12-də mövsümün bağlanış tamaşasında iştirak edirdi, sonra hamımız məzuniyyətə yollandıq. Ardınca da bu xəbər... Heç bilmirik ki, bir-birimizin üzünə necə baxacağıq".
Qeyd edək ki, 29 yaşlı aktrisanın 2 yaşlı qız övladı var.
23:00
Bakı Uşaq və Gənclər Teatrının 29 yaşlı aktrisası dünyasını dəyişib.
Tehsil.biz xəbər verir ki, bu haqda teatrın feysbuk səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, teatrın aktrisası Gülnar Əlizadə vəfat edib.