Logo

Meymunçiçəyinin yeni simptomu açıqlanıb

18.07.2022 09:02 506 baxış
IMG

Şişmiş limfa düyünləri və ümumi intoksikasiya ilə əlaqəli boğaz ağrısı meymunçiçəyinin əlaməti ola bilər.

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Profilaktik Tibb Mütəxəssisləri Cəmiyyətinin elmi direktoru, tibb elmləri doktoru, pediatr Sergey Tokarev deyib.

O, səpki, qızdırma kimi halların da xəstəliyin başlıca simptomları olaraq qaldığını qeyd edib 

Həkimin sözlərinə görə, xəstəlik yüngül keçdikdə hətta allergiya ilə də qarışdırıla bilər.

Xəbər lenti