Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrinə elektron qəbulla bağlı sistemdə yaranan problemə münasibət bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, elektron qəbulla bağlı çoxsaylı müraciətlər olduğundan sistemin işində bir neçə dəqiqəlik problem yaranmışdı:
“Hazırda sistem normal çalışır. Nəzərə alaq ki, bu sistem bağçalarla bağlı ilk elektron tətbiqdir. Bildirmək istərdik ki, bu proses sentyabrın 14-dək davam edəcək. Valideynlər həmin vaxtadək uşaqlarını elektron olaraq qeydiyyatdan keçirmək imkanına malikdirlər”.