Nəhayət, bütün Azərbaycan xalqı məhz , elə bu günü gözləyirdi. Dilimizdə olan “İnşallah gün gələr düşmən tərəfindən zəbt edilən torpaqlarımızda firavan həyat yaşayarıq!” kimi dualarımız gerçəkləşdi.Müzəffər Azərbaycan ordusu bu sevinci,bu qələbəni bizlərə yaşatdı. II Qarabağ müharibəsi bütün bu həsrətə son qoydu.
Torpaq, əgər uğrunda ölən varsa,Vətəndir!
Bu misraya baxdıqda ilk qanından qan,canından can verən şəhidlərimiz yada düşür. Təbii ki,şəhidlər ölməz, şəhidlər unudulmaz. Bu gün sağ-salamat,sülh şəraitində,əmin-amanlıq içərisində, düşmən
basqısı olmadan yaşayırıqsa,buna görə şəhidlərimizə və qazilərimizə borcluyuq. Biz bir xalq olaraq, bu cür igid oğulları yaşatmalı,gələcək nəsillər üçün nümunəvi şəxs kimi tanıtmalıyıq.
Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələri,Qarabağ müharibəsi əlilləri,məcburi köçkünlərə göstərilən qayğı 2019-cu ildə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına
həsr olunan konfransda bir daha gündəmə gəldi.Ölkə başçısı son 15 il ərzində maaşların 7 dəfə,pensiyaların isə 9 dəfə artdığını bəyan etmişdi. 2018-ci ildə 626 şəhid və Qarabağ əlilinin ailəsinə verilən evlərin verildiyini qeyd edən Prezident cənab İlham Əliyev cari ildə həmin kateqoriyadan olan şəxslərin ailəsinə 800-ə yaxın ev veriləcəyini bildirərək növbəti illərdə bu prosesin artan templədavam etdiriləcəyini açıqlamışdı. II Qarabağ müharibəsindən sonra bu prosesə daha da çox diqqət yetirildi. Hətta, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə,işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə yardım məqsədi ilə 2020-ci il dekabrın 8-i Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi fərman nəticəsində “Yaşat" Fondu yaradıldı.
Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti dövlət başçısının yaratdığı Himayəçilik Şurası həyata keçirir. Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.
Beləliklə, biz deyə bilərik ki,dövlət hər zaman xalqına,xüsusilə də qazi və şəhid ailələrinə son dərəcə qayğı göstərir.
Son olaraq isə, bu gün qələbə sevincini bizlərə yaşadan şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Hər birinin qarşısında baş əyir və ehtiramla anırıq! Qazilərimizə isə uzun ömür, sağ can arzulayıram. Allah yardımçınız olsun!
Bakı Dövlət Universiteti Tarix fakültəsinin l kurs tələbəsi Səkinə Babayeva