Logo

Cəlilabadda gənc intihar etdi - AÇIQLAMA + YENİLƏNİB

18.07.2022 22:29 635 baxış
IMG

Sosial şəbəkələrdə Əzizov Səlamət Yaşar oğlunun intiharı ilə bağlı məlumat yayılıb. Onun Vətən müharibəsi iştirakçısı olduğu iddia edilib.

Cəlilabad Rayon İcra Hakimiyyətindən “Tehsil.biz"ə verilən məlumata görə, Cəlilabad rayonunun Mikayıllı kəndində qeydiyyatda olan, lakin Uzuntəpə kəndində yaşayan, 2002-ci il təvəllüdlü Əzizov Səlamət Yaşar oğlu Uzuntəpə kəndində yaşadıqları evin həyətində intihar edib:

“Səlamət Əzizov ikinci Qarabağ müharibəsində iştirak etməyib. Mərhumun intihar etməsinin səbəbi hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Əlavə olaraq bildiririk ki, Səlamət Əzizov işi ilə əlaqədar Bakı şəhərində qardaşları ilə birlikdə yaşayıb və bir həftəyə yaxın müddətdir ki, Cəlilabad rayonuna anasının ziyarətinə gəlmişdi. İndiyə qədər onun rayon icra hakimiyyətinə heç bir müraciəti daxil olmayıb. Ölkəmizdə fəaliyyət göstərən bir sıra sosial şəbəkə istifadəçilərindən və xəbər saytlarından mərhumun yaxınlarına hörmət əlaməti olaraq həqiqəti əks etdirməyən məlumatları yaymamağı xahiş edirik”.

22:29

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

Tehsil.biz xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 2000-ci il təvəllüdlü S.Əzizov özünü asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti