Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə iyulun 20-də Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində “Jurnal məqaləsini necə yazmalı və düzəlişlərə dair məsləhətlər” (How to write a journal article and advice on revisions) mövzusunda vebinarın ikinci buraxılışı keçiriləcək.
Tehsil.biz xəbər verir ki vebinarda “Sage” nəşriyyatının əməkdaşları - nüfuzlu tədqiqatçı redaktorlar Cesika Lipovski və Cenifer Lovik iştirak edəcəklər. İngilis dilində sual-cavab sessiyası ilə təşkil olunacaq vebinarda iştirak üçün https://sagepub.zoom.us/webinar/register/WN_-n9al9BKRd2P-2QRwdu3fQ linkində qeydiyyatdan keçmək lazımdır.
Beynəlxalq nəşriyyatlarda məqalə nəşrinin müxtəlif aspektlərinə həsr olunan silsilə vebinarların iyul ayı buraxılışında akademik məqalənin yazılış qaydası, tədqiqatın strukturu, əlyazmanı təkmilləşdirmək üçün strategiyalar izah olunacaq, məqaləyə daxil ediləcək elementlər, eləcə də düzəlişlərin idarə olunması haqqında praktik məsləhətlər veriləcək.
Xatırladaq ki, “Necə nəşr etməli?” (How to get published?) mövzusunda ilk vebinar ötən ay keçirilib.