Təhsil naziri Emin Əmrullayev 26 iyul 2022-ci il tarixində Lənkəran şəhərində vətəndaşları qəbul edəcək.
Tehsil.biz xəbər verir ki, qəbulda Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarında qeydiyyatda olan sakinlər, eləcə də həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin də iştirakı nəzərdə tutulub.
Qeyd olunan rayonların sakinləri 18 iyul 2022-ci il (saat 18:00-dək) tarixənədək Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron (https://edu.gov.az/az/contact_us) və rəsmi "Whatsapp" xidmətinə (0512067848) müraciət etməklə qəbula yazıla bilərlər.