Logo

UTECA-da vebinar: "Milli dövlətçiliyə təhlükə yaradan dini-siyasi cərəyanlara qarşı mübarizədə ali təhsil müəssisələrinin rolu"

19.07.2022 14:03 422 baxış
IMG

Azərbaycan Texnologiya Universiteti (UTECA) və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə şöbəsinin birgə təşkilatçılığı ilə "Milli dövlətçiliyə təhlükə yaradan dini-siyasi cərəyanlara qarşı mübarizədə ali təhsil müəssisələrinin rolu" adlı vebinar keçirilib.

Tehsil.biz xəbər verir ki, UTECA-da baş tutan vebinar hibrid formada təşkil edilib.

Universitetin rektoru, professor Akif Süleymanov bildirib ki, ali məktəb kadr hazırlamaqla yanaşı, tələbələrin Vətənə, dövlətə və millətə faydalı, milli adət və ənənələrə sadiq fərd kimi yetişməsinə çalışır.  

DQİDK-nin Gəncə bölgəsi üzrə şöbə müdiri Həsən Məmmədov isə deyib ki, bu gün Azərbaycanda multikultural mühit, millətlərarası münasibətlər yüksək səviyyədədir və təsadüfi deyil ki, Azərbaycan multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir.

Daha sonra vebinarda Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yadigar Bələdov,  UTECA-nın elm və innovasiyalar üzrə prorektor əvəzi Mayis Gülalıyev, İlahiyyat İnstitutunun kafedra müdiri Əhməd Niyazov, AMEA Tarix İntitutunun şöbə müdiri Hacı Həsənov, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbə müdirinin müavini Elmar Fətəliyev, Rusiya Xalqlar Dostluğu Universitetinin kafedra müdiri Oqtay Hüseynov, “Müasir İnkişaf” İB-nin sədri Mübariz Göyüşlü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Mübariz Ağalarlı, UTECA-nın İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi Şahmar Həsənov və əməkdar müəllim Aydın Allahverdiyev dini radikalizm və onun fəsadları barədə çıxış ediblər.

Qeyd edilib ki, ölkədə dini radikalizmə rəvac verən amillər xarici təsirlərlə bağlıdır. Gənclər bunları bilməli, diqqətli olmalı, dövlət maraqlarını daim üstün tutmalıdırlar.

Xəbər lenti