Logo

Şagirdlərin tibbi göstəricilərinə dair məlumat bazası yaradılacaq

19.07.2022 15:03 412 baxış
IMG

Məktəblərdə tibbi personalın təhkim olunması ilə bağlı aidiyyəti qurumlarla danışıqlar aparılır.

APA xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Zamirə Ədilova deyib.

O bildirib ki, şagirdlərin tibbi göstəricilərinə dair məlumatlarının təhsil sisteminin informasiyalaşdırılması üzrə məlumat bazasına inteqrasiya edilməsi məsələsi müzakirə olunur:

“Bu mövzuda artıq Təhsil Nazirliyi və TƏBİB arasında görüş keçirilib”.

O əlavə edib ki, görüşdə orta və ümumtəhsil müəssisələrində, eləcə də ali təhsil müəssisələrində tibbi xidmətlərin təşkili, tibb məntəqələrinin sayının artırılması, ixtisaslı mütəxəssislər tərəfindən uşaqların mütəmadi müayinəsinin həyata keçirilməsi, aşkar edilən xəstəliklər üzrə qruplar formalaşdırılaraq, hər qrup üçün xüsusi proqramların hazırlanması, onların vaxtında müalicəyə cəlb olunması məsələləri müzakirə olunub.

Xəbər lenti