Logo

Videotəqdimat müsabiqəsinə 250-dən artıq iş təqdim olunub

21.01.2021 12:13 89 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən onlayn şəkildə keçirilən videotəqdimat müsabiqəsinə işlərin qəbulu başa çatıb.

 

“Vətənin qəhrəman oğulları” adlı onlayn videotəqdimat müsabiqəsinə 250-dən artıq iş təqdim olunub.

 

Müsabiqə iştirakçılarının [email protected] elektron poçt ünvanına göndərdikləri təqdimatlar hazırda baxış mərhələsindədir. Təxminən 5 dəqiqəlik videotəqdimatlar Münsiflər heyəti tərəfindən qiymətləndirilir. Qiymətləndirilmə zamanı sərbəstlik, söz ehtiyatının zənginliyi, dolğun və əhatəli məzmun, irəli sürülən fikirlərin faktlarla əsaslandırılması əsas meyarlar kimi götürülür.

 

Müsabiqənin yekununda ümumilikdə 6 iştirakçı (1 nəfər-I yer, 2 nəfər-II yer, 3 nəfər-III yer) qalib seçiləcək.

 

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq. 5 nəfər isə fəal iştirakına görə “Tərifnamə” ilə təltif ediləcək.

 

Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin VII-IX siniflərində təhsil alan şagirdlər arasında təşkil olunan müsabiqənin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və onların yaradıcı təfəkkürünün inkişaf etdirilməsinə dəstək verməkdən ibarətdir.

Xəbər lenti