Logo

Əhməd İsmayılov Vətən müharibəsi iştirakçıları ilə görüşüb - FOTO

19.07.2022 19:07 399 baxış
IMG

MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov Milli Mətbuat günü ərəfəsində Vətən müharibəsi iştirakçıları ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, Medianın İnkişafı Agentliyində baş tutan görüşdə Vətən müharibəsində iştirak etmiş Xüsusi Təyinatlı Qüvvələrin mənsubları iştirak ediblər.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı tarix yazan əsgər və zabitlərimizin göstərdikləri şücaətin hər birimizdə sonsuz iftixar hissi yaratdığını qeyd edib, Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıqlarının mediada işıqlandırılmasına hər zaman diqqətlə yanaşıldığını, onların göstərdikləri igidlik və şücaətin media vasitəsilə ictimaiyyətə çatdırılmasının uşaq və gənclərin vətənə məhəbbət ruhunda tərbiyə edilməsində əhəmiyyətini vurğulayıb.

Görüş zamanı Vətən müharibəsində iştirak etmiş Xüsusi Təyinatlı Qüvvələrin mənsubları keçdikləri döyüş yolundan bəhs edib, media nümayəndələri tərəfindən tarixi Zəfərimizə dair materialların hazırlanması və yayımlanmasının onlar üçün xüsusi mənəvi dəyərə malik olduğunu bildiriblər.

Xəbər lenti