Azərbaycan Respublikası Audiovizual Şurasında ümumölkə televiziya kanallarının rəhbərləri ilə görüş keçirilib.
"Tehsil.biz"in məlumatına görə, görüşdə Şura sədri İsmət Səttarov son bir ildə Şuranın həyata keçirdiyi fəaliyyət, "Media haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunmasından sonra audiovizual media sahəsindəki son durum, yekunlaşan televiziya mövsümü ərzində televiziya kanallarında aparılmış monitorinqlərin nəticələri, mövcud nöqsanlar, əldə olunmuş pozitiv inkişaf dinamikası, yeni mövsümdə audiovizual media sahəsində gözlənən yeniliklər barədə danışıb.
Daha sonra ümumölkə televiziya yayımçılarının rəhbərləri çıxış edib, "Media haqqında" qanununun qəbul olunmasından sonra, həmçinin, Şuranın fəaliyyəti nəticəsində audiovizual mediada mövcud durumla bağlı gözlənti və perspektivlər haqqında söhbət açıblar.
Görüşdə yayımçıların rəhbərləri ilə Şura sədri arasında sahə üzrə mövcud problemlərin müzakirəsi aparılıb.