Logo

Avropa çempionatından 12 medal - FOTO

20.07.2022 11:46 439 baxış
IMG

16-19 iyul 2022-ci il tarixlərində Xorvatiyanın Zaqreb şəhərində sərbəst və Yunan-Roma güləşi üzrə (U-15) yeniyetmələr arasında Avropa çempionatı keçirilib. 

Tehsil.biz xəbər verir ki, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının tərkibində yarışa qatılan “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Səid Paşayev (85 kq), Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları Məhərrəm Rzayev (38 kq), Rəvan Rəhimli (48 kq) I yeri, həmin məktəbin idmançısı Həsən Həsənov (41 kq) II yeri, 1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Fərhad Süleymanlı (85 kq), 5 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Məhəmməd Abbaszadə (62 kq) III yeri tutub.

Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının tərkibində yarışa qatılan “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Əli Sucayev (38 kq), 10 nömrəli uşaq-gənclər idman məktəbinin idmançısı Tural Daşdəmirov (41 kq), 9 nömrəli uşaq-gənclər idman məktəbinin idmançısı Emil Abdullayev (62 kq) I yeri, Lənkəran şəhər uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Orxan Hacıyev (75 kq) II yeri, Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Elnur Hüseynov (68 kq) və 9 nömrəli uşaq-gənclər idman məktəbinin idmançısı Cavad Məmmədov III yeri tutub.

Qeyd edək ki,  uşaq-gənclər idman məktəblərindən Azərbaycan milli yığma komandasına cəlb olunan 12 nəfər idmançının hamısı Avropa çempionatının mükafatçısı olub.  

 

 

Xəbər lenti