Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin müəlliminin səs yazısı ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə "Tehsil.biz"in sorğusuna cavab olaraq Regional Təhsil İdarəsindən bildirilib.
Qeyd olunub ki, qısa vaxt ərzində bu barədə ictimaiyyətə məlumat veriləcək.