Logo

Tarix Muzeyində Xurşidbanu Natəvanın əl işləri qorunur - FOTO

20.07.2022 17:12 391 baxış
IMG

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Xurşidbanu Natəvanın əl işləri qorunur. Həmin əl işləri onun incə zövqə və yüksək sənətkarlıq qabiliyyətinə malik olmasının göstəriciləri kimi mühüm əhəmiyyət kəsb edir.

Tehsil.biz xəbər verir ki, Natəvanın şəxsi kolleksiyası muzeyin Etnoqrafiya fondunda mühafizə edilir. Güləbətin sapla tikdiyi yaxalıq, başmaq, öz dövrü üçün yeni olan “xaç” tikmə üsulu ilə bəzədiyi xurcun, qazantutan onun bu sənət sahəsindəki yüksək bacarığından xəbər verir. Natəvan təqdim olunan avropasayağı üslubda tikdiyi ipəkdən köynəyi vaxtilə əmisi qızı Münəvvər xanıma hədiyyə edib. Geyimin tikiş texnologiyası onun müəllifinin ustalığından xəbər verir. Şairənin rəssamlıq qabiliyyəti bu əl işlərində də özünü göstərir.

Sözügedən köynək hazırda bərpa və konservasiya işlərinin aparılması məqsədilə muzeyin Bərpa laboratoriyasına verilib. Qarabağ incilərindən olan eksponatın tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq bərpa və konservasiya işləri eksponatın heç bir hissəsi demontaj edilmədən aparılacaq. İşlər yekunlaşdıqdan sonra eksponat ictimaiyyətə təqdim ediləcək.

Xəbər lenti