Bakıda 2011-ci il təvəllüdlü oğlanı avtomobil vurub.
"Tehsil.biz"in məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, 11 yaşlı Məmmədxanov Camal Ramil oğlu yolu keçərkən avtomobil onu vurub.
Təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılan yaralıya sol bud sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.