Logo

BDU-nun Mexanika-riyaziyyat fakültəsində elmi seminar keçirilib

21.01.2021 15:23 1076 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində "Uzununa yayılan dalğa tənliyi üçün öz-özünə qoşma olmayan sərhəd şərtli tərs məsələ” mövzusunda onlayn elmi seminar keçirilib.

 

Onlayn elmi seminar iştirakçılarını salamlayan Mexanika-riyaziyyat fakültəsinin dekanı Nizaməddin İsgəndərov diferensial tənliklər nəzəriyyəsinin təbiət elmlərində meydana çıxan məsələlrin həllindəki rolu, elm və texnikanın müxtəlif sahələrində bu nəzəriyyənin metodlarının istifadəsinin mühüm olduğunu nəzərə çatdırıb.

 

Daha sonra Diferensial və inteqral tənliklər kafedrasının elmlər doktoru proqramı üzrə doktorantı dosent Elvin Əzizbəyov "Uzununa yayılan dalğa tənliyi üçün öz-özünə qoşma olmayan sərhəd şərtli tərs məsələ” mövzusunda məruzə ilə çıxış edib.

 

Məruzədə tərs məsələlər, onların təstnifatı və tətbiq sahələri haqqında ətraflı məlumat verilib. Müəyyən düzbucaqlı oblastda uzununa yayılan dalğa tənliyi üçün qeyri-lokal başlanğıc şərtli və öz-özünə qoşma olmayan sərhəd şərtli tərs sərhəd məsələsi, həmin məsələnin klassik həllinin tərifi və baxılan məsələnin aktuallığı haqqında seminar iştirakçılarına geniş məlumat verilib. Sonra isə baxılan məsələ ona ekvivalent olan sərhəd məsələsinə gətirilərək, sıxılmış inikas prinsipinin köməyi ilə uyğun köməkçi məsələnin həllinin varlığı və yeganəliyi göstərilib. Nəhayət, bu ekvivalentlikdən istifadə etməklə baxılan məsələnin klassik həllinin varlığı və yeganəliyi haqqında teoremlər isbat edilib.

 

Microsoft Teams platforması üzərindən təşkil olunan elmi seminar AMEA-nın müxbir üzvü Vaqif İbrahimov, professorlar Əli Əhmədov, Sadiq Abdullayev, Ziyatxan Əliyev, Hamlet Quliyev və Yaşar Mehrəliyev, dosent Vaqif Qasımov və başqalarının mövzu ətrafında fikirləri ilə davam edib.

Xəbər lenti