Təhsil Nazirliyinin “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi”ndə qeydiyyatdan keçən valideynlərin sayı açıqlanıb.
Tehsil.biz xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.
O qeyd edib ki, “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi”ndə üç gün ərzində 14 000-dən çox valideyn qeydiyyatdan keçib.