Logo

ADNSU-da media nümayəndələri ilə görüş keçirilib

21.07.2022 16:11 441 baxış
IMG

İyulun 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı 22 iyul - Milli Mətbuat Günü münasibətilə Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, Milli Mətbuatın yaranmasının 147-ci ildönümü münasibətilə media nümayəndələrini universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor M.Babanlı jurnalistləri peşə bayramı münasibətilə təbrik edib.

KİV nümayəndələrinə universitetdə tədrisin inkişafı istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən, əldə olunan  uğurlardan danışan M.Babanlı bu işlərin cəmiyyətə çatdırılmasında medianın böyük rolu olduğunu və görülən işlərin işıqlandırılmasında verdikləri dəstəyə və səmərəli əməkdaşlığa görə jurnalistlərə təşəkkürünü bildirib. Bu gün ölkəmizdə medianın azad, demokratik şəraitdə fəaliyyətindən söz açan rektor M.Babanlı 44 günlük Vətən müharibəsində jurnalistlərin informasiya cəbhəsindəki xidmətlərini vurğulayıb və media nümayəndələrinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Milli Mətbuatın 147-ci ildönümü münasibətilə media nümayəndələrinə hədiyyələr təqdim olunub.

Tədbir çay süfrəsi ətrafında müzakirələrlə davam edib.

Uğurlu universitet-media əməkdaşlığına görə ADNSU rəhbərliyinə minnətdarlıqlarını ifadə edən KİV nümayəndələri rektor M.Babanlıya Milli Mətbuat Günü münasibətilə təşkil olunmuş görüşə görə təşəkkürlərini bildiriblər. Bundan sonra da universitetdə görülən işlərin cəmiyyətə çatdırılmasında hər zaman dəstək olacaqlarını və bu işdə yaxından iştirak etməyə hazır olduqlarını bildiriblər.   

Xəbər lenti