Logo

Xəzər və Abay universitetləri arasında onlayn görüş keçirilib

21.07.2022 19:23 431 baxış
IMG

Xəzər Universiteti Qazaxıstanın Abay Universiteti ilə onlayn görüş keçirib.

Universitetdən bildirilib ki, görüşdə Xəzər Universitetindən beynəlxalq əlaqələr üzrə prorektor Vlad Verniqora, Abay Universitetinin Pedaqoji Təkmilləşdirmə Mərkəzinin rəhbəri Renat Turmaqambetov və başqaları iştirak ediblər.

Görüşdə universitetlərarası əməkdaşlığın yaradılması, birgə ixtisasartırma kursları, professor-müəllim heyəti və tələbələr üçün yay məktəbləri və digər vacib məsələlər müzakirə olunub.

Qeyd edək ki, Abay Universiteti Qazaxıstanın ən böyük və aparıcı ali təhsil müəssisələrindən biridir.

Xəbər lenti