Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti “Əkinçi” fəxri mükafatını alıb.
"Tehsil.biz"in məlumatlna görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva tviter hesabında yazıb.
“Azərbaycan Milli Mətbuatının yaranmasının 147-ci ildönümü münasibətilə “Əkinçi” fəxri mükafatını XİN-in Mətbuat Xidməti olaraq aldıq. Təşəkkürlər, EMediaGroup!
22 iyul Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini səmimi qəlbdən təbrik edirik!”, - XİN-in Mətbuat Xidməti idarəsinin rəhbəri qeyd edib.