Sağlamlıq imkanları məhdud uşaqların I sinfə qəbulu elektron formada həyata keçirilir.
Tehsil.biz xəbər verir ki, xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün valideynlər öncə mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməli, sonra isə xüsusi təhsil formasını seçməlidirlər.
Bundan sonra valideyn şəxsi kabinetində tələb olunan sənədlərlə birlikdə aprelin 1-dən başlayaraq həftənin III və V günləri Nəsimi rayonu 268 nömrəli xüsusi məktəbdə (ünvan: Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 38) təşkil olunan Pedaqoji tibbi-psixoloji komissiyaya müraciət etməlidirlər. hal-hazırda məktəbə qəbul prosesi davam edir. Bu zaman valideyn uşağı da özləri ilə gətirməlidir. Tələb olunan sənədlər isə bunlardır:
- Valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti,
- Tibbi arayış,
- 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil, - Yaşayış yerindən arayış.
Belə uşaqların I sinfə qəbulu üçün məktəbi valideynin yaşayış ərazisinə uyğun olaraq Pedaqoji-tibbi psixoloji komissiya müəyyənləşdirir və məktəbə sorğu avtomatik olaraq komissiyanın bazasından inteqrasiya olunur.
Qeyd edək ki, prosesdən sonra bütün valideynlərdən şagirdin hansı məktəbə qəbul edilməsi ilə bağlı ərizəni çap edərək həmin məktəbə təhvil verməsi tələb olunur
Əlavə məlumat üçün: (12) 564-25-27