“İlin bu vaxtında sinifdə qalmaq yoxdur, sinifdə qalmaq ilin sonunda müəyyən olunur. Hazırda bu qiymətləndirmə yarımillik qiymətləndirmədir”.
Tehsil.biz-in məlumatına görə, bunu “Xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları” barədə məlumat verən Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bildirib. Onun sözlərinə görə, əgər şagirdin biliyi qiymətləndirilməsə, 4 və daha çox fəndən “2” alsa, ilin sonunda da belə olsa, həmin uşaq sinifdə qalacaq.