Məktəbəqədər təhsilin əhatə dairəsi artırılacaq.
Tehsil.biz xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.
Sənəddə qeyd edilib ki, ölkə üzrə məktəbəqədər təhsilin göstəriciləri yaxşılaşdırılacaq, məktəbəqədər təhsilin məzmunu yenilənəcək, pedaqoji heyətin və idarəetmə heyətinin peşəkarlığı artırılacaq, məktəbəqədər təhsilin keyfiyyətinin təminatı sistemi yaradılacaq.
Nəticədə, məktəbəqədər təhsilə cəlb edilmiş 1‒5 yaşlıların payı 50%-ə çatdırılacaq.