Qabaqcıl təcrübə əsasında məktəbəqədər təhsil üzrə pedaqoji və idarəetmə heyətinin sertifikatlaşdırılması sisteminin yaradılması və tətbiqi nəzərdə tutulur.
Tehsil.biz xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.
Sənəddə bildirilib ki, planın əsas icraçısı Təhsil Nazirliyidir.
İlkin olaraq müvafiq mexanizm layihəsinin hazırlanması və tətbiqi nəzərdə tutulub. 2023-2025-ci illərdə 17 000 nəfər heyətin sertifikatlaşmaya cəlb olunması planlaşdırılır. Nəticədə məktəbəqədər təhsil üzrə kadr potensialının yaxşılaşması nəzərdə tutulub.