Logo

Anar Kərimov İsmayıllıda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub - FOTOLAR

22.07.2022 16:34 386 baxış
IMG

Mədəniyyət naziri Anar Kərimov iyulun 22-də İsmayıllı rayonuna səfər edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, nazir Anar Kərimov və rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov əvvəlcə İsmayıllı şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

Sonra Anar Kərimov 2009-cu ildən fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev Mərkəzinə baş çəkib. Mərkəzlə tanışlıq zaman bildirilib ki, burada ulu öndərin dövlətçilik irsini əks etdirən ekspozisiya yaradılıb. Mərkəzdə rəssamlıq, şahmat və bacarıqlı əllər dərnəkləri də fəaliyyət göstərir.

Mədəniyyət naziri daha sonra İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fəaliyyəti ilə tanış olub, rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinə baxış keçirib. Nazirə kitabxananın ümumi fəaliyyəti, kitab fondu, oxucu sayı barədə məlumat verilib.

Anar Kərimov İsmayıllı şəhər Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbində də olub. Qeyd olunub ki, məktəbdə fortepiano, tar, qarmon, kamança, nağara, xanəndəlik, rəssamlıq, xoreoqrafiya ixtisasları üzrə tədris aparılır. Məktəbdə 69 nəfər müəllim çalışır, 292 şagird təhsil alır.

Səfər çərçivəsində həmçinin 2012-ci ildən fəaliyyət göstərən İsmayıllı Dövlət Rəsm Qalereyasına, 1981-ci ildə yaradılan İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirilib.

Nazir Anar Kərimov İsmayıllı şəhidlərinin uyuduğu məzarlığı da ziyarət edib, 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman oğulların xatirəsinə dərin ehtiramını bildirib.

 

Xəbər lenti