Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 6-7 iyul 2022-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.
Tehsil.biz xəbər verir ki, nəticəyə əsasən lll qrup üzrə hər iki imtahanın nəticəsinə görə respublika üzrə ən yüksək nəticəni 666.6 bal olmaqla Şamaxı şəhər 1 saylı tam orta məktəbin 2021-2022-ci tədris ilinin məzunu Fərzaliyeva Nərmin Vahid qızı toplayıb.
Qeyd edək ki, Nərmin Fərzaliyeva XI sinfin yekun qiymətlərinə və buraxılış imtahan nəticələrinə əsasən fərqlənmə attestatına layiq görülüb.