Logo

Qəbul imtahanında II ixtisas qrupu üzrə ən yüksək nəticə ona məxsusdur

22.07.2022 20:00 426 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə 6-7 iyulda keçirilmiş qəbul imtahanlarının nəticələrini elan edib.

Tehsil.biz xəbər verir ki, bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni (397 bal) Ağsu rayon Musabəyli kənd orta məktəbinin məzunu göstərib.

II ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Bakı şəhər Akademik Zərifə Əliyeva adına Liseyin məzununa məxsusdur.

O, imtahanın ikinci mərhələsində 386.4 bal, birinci mərhələsində isə 295 bal toplayıb. Beləliklə, II ixtisas qrupu üzrə ən yüksək nəticə 681.4 baldır.

Xəbər lenti