Logo

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən ictimaiyyətə MÜRACİƏT - FOTOLAR

22.07.2022 22:20 398 baxış
IMG

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ictimaiyyətə müraciət edib.

Tehsil.biz xəbər verir ki, müraciətdə tarixi-mədəni abidələrin qorunması məsələsinə toxunulub:

“İçərişəhər və Qala Qoruğu müxtəlif mədəniyyətlərin, dini inancların, təzadların ahəngdarlıqla qovuşaraq mükəmməl harmoniya yaratdığı əfsanəvi məkan olmaqla yanaşı, qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycan xalqının milli sərvətidir”.

Qeyd olunub ki, tarixi abidələrin bədii-estetik görünüşünü pozan vandalizm aktları ilə bağlı daima hüquq mühafizə orqanları ilə əməkdaşlıq edilir:

“Hüquq mühafizə orqanları ilə bu sahədə edilən əməkdaşlıq hər zaman öz töhfəsini verir. Tarixi abidələrə qarşı yol verilən hüquqazidd əməllər məsuliyyət yaradır və İnzibati Xətalar, eyni zamanda Cinayət məcəllələrinə əsasən məsuliyyətə cəlb olunmağa əsasdır”.

“Hörmətli həmvətənlər, tarixi-mədəni abidələrin qorunması hər bir kəsdən asılıdır! Mədəni irsi gələcək nəsil üçün qorumaq hər birimizin mənəvi borcu və məsuliyyətidir. Tariximizi birlikdə qoruyaq!”, - müraciətdə bildirilib.

Xəbər lenti