Logo

“Universitetlərdə bu qədər müəllimə ehtiyac yoxdur” - Rektordan etiraz

22.01.2021 09:29 630 baxış
IMG

“Əmək bazarına xüsusi diqqət edilməlidir. Elə sahələr var ki, orada işçi qüvvəsi çoxdur, lakin elələri var ki, orada işçi qüvvəsi çatışmır. Universitetlər yeni sahəyə keçid edən insanları mütəxəssis kimi yetişdirə bilmir”

 

Tehsil.biz xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov Təhsil Nazirliyi yanında İctimai Şura və “Azedu Academy”-nin birgə təşəbbüsü ilə “XXI əsrin universitet modeli” mövzusunda virtual müzakirədə çıxışı zamanı bildirib.

 

O, son illərdə təhsil müəssisələrində müəllimlərin sayının artmasından da danışdı:

 

“Universitet müəllimlərinin sayı əhəmiyyətli dərəcədə artıb. Müəllimlik kütləvi peşəyə çevrilib. Bunda müasir reytinqlərin rolu böyük oldu. Belə olduqda müəllim vahid bilik mənbəyi funksiyasını da itirdi. Bu qədər müəllimə ehtiyac yoxdur”.

Xəbər lenti