Logo

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

23.07.2022 18:40 376 baxış
IMG

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 342 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 506, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 167, üç və daha çox doza vaksin vurduranların sayı 1 397, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 272 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 803 044, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 363 914, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857 000, üç və daha çox doza vaksin vurduranların sayı 3 329 356, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 252 774 təşkil edir.

Xəbər lenti