Logo

“Azercell” Texniki Universitetin tələbələrinə təqaüd verəcək

22.01.2021 09:46 101 baxış
IMG

“Azercell” şirkəti Azərbaycan Texniki Universitetinin (AzTU) Vətən müharibəsində iştirak etmiş bir qrup tələbəsinə təqaüd verəcək.

 

Bu barədə Tehsil.biz-e AzTU-dan məlumat verilib.

 

Bildirilib ki, “Azercell” şirkəti tərəfindən universitetin Vətən müharibəsində iştirak etmiş 13 tələbəsi seçilib və onlara təhsillərini bitirənə kimi hər ay 200 manat təqaüd verilməsi ilə bağlı qərar qəbul olunub.

Xəbər lenti