Logo

Xaricdə doktoranturaya ikinci sənəd qəbulu aparılır

24.07.2022 14:46 347 baxış
IMG

Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə 2019-2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində 2022-ci il üçün xaricdə doktoranturaya ikinci sənəd qəbulu aparılır.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. 

Qeyd olunur ki, proqramda iştirak üçün sentyabrın 1-dək müraciət edə bilərsiniz. Dövlət Proqramı üzrə xaricdə doktoranturaya qəbul olmaq üçün tələb olunan sənədlərin siyahısı, elan və qeydiyyat üçün keçid Təhsil Nazirliyinin internet saytında yerləşdirilib. Əlavə suallarınız olarsa, FAQ/MVS ilə əlaqə saxlaya və ya [email protected] elektron poçtuna müraciət edə bilərsiniz.

Qeyd edək ki, proqram iştirakçılarının təlimi Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir.

Xəbər lenti