Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı iyulun 26-dək davam edəcək.
Tehsil.biz xəbər verir ki, abituriyentlər DİM-in internet səhifəsinə daxil olaraq anketi doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Tələbə qəbulu elanının “Ərizə qəbulu” bölməsinin 3-cü bəndində göstərilən kateqoriyadan olan və digər XQTİ lər üzrə qeydiyyatdan keçməyən abituriyentlərin cari ildə jurnalistika ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur. Eyni bölmənin 4-cü bəndində göstərilən kateqoriyadan olan abituriyentlərin isə jurnalistika ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Digər abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (30 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə etməlidirlər.
Abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, jurnalistika ixtisasını da seçə bilərlər.
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı iyulun 31-də keçiriləcək. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər.
Qabiliyyət imtahanı mərhələsində abituriyentlərə təklif olunacaq inşa mövzuları (Azərbaycan və rus dilində), abituriyentlərin yazacaqları inşaya (esseyə) verilən tələblər “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsində əksini tapıb.