Logo

Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları mövzusunda beynəlxalq konfrans keçiriləcək

25.07.2022 15:05 408 baxış
IMG

Sentyabrın 29-30-da AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə Şuşa və Bakı şəhərlərində “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib. Bildirilib ki, konfrans flora, fauna, mikobiota müxtəlifliyi, dərman əhəmiyyətli bioresurslar, onların bərpa, mühafizə və səmərəli istifadə məsələləri, meşə və otlaq ekosistemləri, qırmızı siyahılar, introduksiya və reintroduksiya məsələləri, qorunan ərazilər, mövcud vəziyyət və perspektivlər mövzularını əhatə edəcək. Konfransda, həmçinin genetik ehtiyatlar və ərzaq təhlükəsizliyi, təbii və antropogen fəlakətlərdən sonra su və torpaq ehtiyatlarının bərpası, onların səmərəli və təhlükəsiz istifadəsində müasir yanaşmalar, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpa və inkişafı, akvamüxtəliflik və akvakulturanın inkişaf perspektivləri, herantoloji tədqiqatlar, biotəhlükəsizlik məsələləri, ekoturizm və biomüxtəliflik, yaşıl iqtisadiyyat mövzularını əhatə edəcək.

Tezisin mətni və konfrans haqqında ətraflı məlumatla AMEA-nın saytında tanış olmaq mümkündür. Tezislər avqustun 20-dək [email protected] elektron ünvanına göndərilməlidir. Vaxtında təqdim edilməmiş, elmi səviyyəsi tələblərə cavab verməyən, yuxarıda qeyd edilən qaydalara riayət olunmamış və ciddi redaktə edilməmiş tezislər qəbul edilməyəcək.

Konfrans materialları elektron və çap formatlarında nəşr olunacaq.

Tel.: (+994 50) 463 63 27, (+994 50) 338 15 71.

Xəbər lenti