Macarıstanın Dövlət Xidmətləri Universitetinin “Ludovika alimləri qonaq mühazirə” proqramına sənəd qəbulu davam edir.
Tehsil.biz xəbər verir ki, proqramın məqsədi Mərkəzi və Şərqi Avropadan olan, akademik sahədə çalışan şəxslər, tədqiqatçılar və ekspertləri bir araya gətirərək ideya mübadiləsinə şərait yaratmaqdır.
Macarıstanın Dövlət Xidmətləri Universiteti qonaq alimlərin (Visiting Scholars) universitetdəki tədris, tədqiqat və ekspert işləri ilə tanış edilməsi üçün müraciətlərini qəbul edir. Qaliblər bir həftə ərzində mühazirə oxumağa, yerli fakültə və ya tədqiqat institutları tərəfindən təşkil ediləcək seminarlarda və peşəkar müzakirələrdə iştiraka dəvət olunacaq. Proqrama avqustun 31-dək müraciət etmək olar.
Ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.