“Fevralın 1-dən dərslər hibrid formaya keçəcək. Sıxlığı çox olan məktəblərdə dərslər həftədə 3 dəfə, sıxlığı tənzimlənən məktəblərdə isə 5 dəfə olacaq”.
Tehsil.biz-in məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bildirib.
O deyib ki, yoluxma ehtimalına görə fiziki tərbiyə dərslərinin əyani formada keçirilməsi müvəqqəti dayandırılır.
Apa