Logo

Şeytanı tarixi və Satanizm

26.07.2022 20:48 1166 baxış
IMG

Satanizm nədir? Şeytana niyə ibadət edirlər? Satanizm kökəni və onun fəlsəfəsi nədir? vəs. Kimi suallar bir çox insanları maraq dairəsinə çevrilmişdir, həmçini mənim üçün də maraqlı suallar arasındadır. İlk öncə Şeytanı nə üçün yer üzünə göndərildiyi və ya nə üçün Allahın dərgahından qovulduğunu araşdırmalıyıq. Bir çox kitablardan və filmlərdən Şeytan haqqında doğru-yalan məlumatlar əldə etmişdik. Şeytan kimdir? çox zaman qarşıma çıxan suallar arasındadır. Şeytan (bəzən İblis və ya Lucifer adlanır) Rəbbə qarşı üsyan edən bir mələkdir. O, təkcə Rəbbin deyil, həm də bəşəriyyətin düşmənidir. Məqsədinə nəzər saldıqda onun necə amansız düşmən olduğunu görürük. Şeytan insanları öldürmək, məhv etmək və ya kölə etmək istəyir. Rəbb bizi bu barədə xəbərdar edir: “Ayıq və oyaq olun. Düşməniniz İblis nərildəyən şir kimi sərgərdan gəzir, udmaq üçün adam axtarır”. Quran-Kerimin ayələrinə baxdığımız zaman Şeytan haqqında məlumatlı olmuş oluruq. Bəqərə surəsi 34 aye; “ (Ya Peyğəmbər!) Biz mələklərə: “ Adəmə səcdə edin!- dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. Yalnız o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu.” Kəhf surəsi 50 aye; “ (Ya Rəsulum!) Xatırla ki, bir zaman mələklər Adəmə (təzim məqsədilə) səcdə edin- demişdir. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O öz rəbinin əmrindən çıxdı. Onlar sizin düşməniniz olduğu halda, siz məni qoyub onu və nəslini (övladını özünə) dostmu tutursunuz? Bu ayələrdən görüldüyü kimi İblis Adəm Peyğəmbər (ə.s) səcdə etmək istəmir. Bəzi ayələrdə isə İblis Allaha mən alovdan o, isə torpaqdan yaranmışdır. Sən yer üzündə qan tökəcək, pislik edəcək varlığa baş əyməyimi istəyirsən? Buna görə Allah onu öz dərgahından qovur və mərtəbəsi düşürülür. Bundan sonra İblis yəni şeytan intiqam almaq istəyir. İblis cənnətdə olan Həvva və Adəmin Allah tərəfindən qadağan edilmiş meyvə ağacından yemələrinə səbəb olur. Bunun nəticəsində Alah Şeytanı sonsuz əzabla lənətləyir. Buna qarşı şeytan deyir; “qiyamət gününə kimi möhlət ver və görəcəksən mən yer də olan bütün insanları pis işləri onlara gözəl göstərib onları hamısı azdıracağam.” (hicr surəsi 35, 36) Bunu nəticəsində şeytan dünyadakı insanlara vəsvəsə 1 verməklə onları pis yollara düşməsinə səbəb olur. Qurani-kerimdə bu haqqda belə bildirilir;

(1 Şübhə və tərəddüd, qorxu, iztirab, qorxu, səksəkə; Orijinal olmasa da ağlına gələn bir şey. Vəsvəsə şeytanın bir metodlarından biridir. Şeytanın insanı boş işlərlə məşğul etmək, mühüm məsələləri düşünməkdən uzaqlaşdırmaq üçün pıçıldadığı sözlər, narahatlıq verən fikirlər.)

De: “Sığınıram insanların Rəbbinə, insanların ixtiyar sahibinə; insanların məbuduna! Vəsvəsə verən, qaçıb gizlənən şeytanın şərindən- O, şeytan ki, insanların ürəklərinə vəsvəsə salır...” (Nəs surəsi 1-5) Bəzi hədislərin verdiyi məlumatlara görə Məhəmməd peyğəmbər (s.ə.s) şeytanla söhbəti olmuşdur. Bunlardan birində belə bildirilir; “Qapını onun üzünə açdılar. İçəri girdi və bizə göründü. Bir də baxdığ ki, şəkli bu: bir yaşlı kişi. Çarpaz. Həm də künc. Çənəsindən altı-yeddi tük salanıb. At qıllı kimidir. Gözləri geniş açıqdır. Başı böyük fil başıdır. Dodaqları camışkinə bənzəyirdi. Sonra belə salam verdi: ‘Salam Məhəmməd! Heyf.... Ümmətin səadəti hardadır? Nə qədər ki, mən müəyyən vaxta qədər sağ qalıram, sən ümmətin üçün necə dinc dura bilirsən, ey Məhəmməd? mən onların qanına daxil olaram. Onların ətilərinə qarışaram. Amma onlar mənim bu halımı görüb, bilə bilmirlər. Məni yaradan və baas gününə qədər möhlət verən Allaha and olsun ki, onların hamısını azdıracağam. Onların cahil və alimi, savadsızlarını və oxumuşları... bunları heç biri əlimdən qurtula bilməyəcək. Amma... Allahın pak bəndələri... bəli, mən onları azdıra bilmərəm.” 2 Şeytanı necə varlığ olduğunu bildiyimizə görə bəs satanizm nədir?. Satanizm şeytanı və ya şeytan simvolunu ucaldan və bəzi məzhəblərində şeytana inanmağı əmr edən dini-fəlsəfi cərəyan adlanır. Əsasən xristianlığa, ümumiyyətlə isə bütün dinlərə qarşı dini-fəlsəfi cərəyan olaraq ortaya çıxan, keçmişi olduqca qədim tarixə söykənməsinə baxmayaraq yaxın zamandan etibarən yeni bir din mahiyyətinə bürünmüş bir inancdır. Satanizm bir neçə məzhəbə ayrılır. Teistik satanizm, ateist satanizm, Laveyan satanizm vəb. Bunlardan ən qədim olanı spirtiual satanizmdir. Satanizmə görə kainatı yaradan əsil böyük tanrı şeytandır. Şeytanla bərabər bir çox varlığlıqlarda mövcuddur. Bu varlığlardan biri olan Allah şeytana qarşı gəlir və şeytanın yaratdığı insanları aldatmaq üçün saxta dinlər göndərir.3Satanizm dedikdə təkcə pişik və ya bakirə qız kəsmək deyil. Bəlkə bunu edən bəzi saxta satanistlər ola bilər.4 Buna baxdığımız zaman İslam adına baş kəsənlər və ya qiz uşaqlarını diri-diri öldürənlər, İsa peyğəmbər adına xaç səfərləri edənlər, insanları cadı məntiqi ilə öldürənlərdə var.5 Satanizm daha çox məntiq elmi hesab edilir. Satanistlərin müqəddəs saydıqları simvollar ters çevrilmiş havan və tərs çevrilmiş ulduz simvollarıdır. Xristianlığa reaksiya olaraq ortaya çıxsalar da, bütün dinləri rədd

(2 Muhyiddin Ibn Arabi’nin “Şeceretü’l-kevn” kitabı, Şeytanın hileleri bölümü. Hədis olaraq qəbul edilən bir rəvayət. 3 Satanizmə görə Allah, neqativ enerjidən qidalanan bir varlığdır. 4 Satanistlərin bildirdiyinə görə bu söyləntilər yalan olduğunu və bu qaynaqların orta əsr avropasında xristianlığın insanlar üzərindəki qorxunc effektinin bir nəticəsi olaraq gəlmişdir.)

edirlər. 1966-cı ildə "Rosemary’s baby" kitabı və filmi müasir satanizmin başlanğıcını qoydu. Şeytan tərəfindən hamilə qalan və Dəccalı dünyaya gətirən qadından bəhs edən filmin prodüseri bir il sonra öldürülüb. Bu filmdən sonra “ Qara sehrli məsləhətçi” kimi rol oynayan Qafqaz əsilli Anton Lavey tərəfindn ilk şeytan kilsəsi 1966 ci ildə yaradılmışdır. "İnsan eqoist, eybəcər, bədxassəli məxluqdur, qorxmaq lazımdır, pis olan şeytan deyil, insanın özüdür. Məqsədimiz şeytanı razı salmaqdır". Bu sözlər ABŞ-da “Şeytan kilsəsi”nin yaradıcısı LaVeyə məxsusdur. Bu gün satanistlər istər ABŞ-da, istər Misirdə, istərsə də Türkiyədə bəzi ümumi ritualları yerinə yetirirlər. Geyimi, geyinmə tərzi, ibadət tərzi, intihara doğru gedərkən geridə buraxdıqları eyni mesajlar bunun ideoloji əsasları olan bir hərəkət olduğunu göstərir. "İnsanın Allah qarşısında aciz qalmasına nifrət edirəm, mən dünyaya öz istəyimlə gəlməmişəm, istədiyimi edirəm". Bu kimi sözlər satanistlər tərəfindən tez-tez istifadə olunur. TəsəvvüF Alimi kimi qələmə verilən Hallac-ı Mansur, yəni En-el hak6 mən Allaham deyən zad kitablarında şeytanı tərifləyir. O, real məlumatın şeytandan gəldiyini müdafiə edir.7 Bunu kimi bir çoxları yazdığları kitablarda şeytanı və ya dini düzgün ifadə edə bilmirlər. Nəticə İlk olaraq öz dini kitabınızı oxuyun. Öz dini kitabını oxumayan bəzi cahil insanlar hər qara köynək geyinəni satanist, hər namaz qılanı isə müsəlman hesab edərlər.8 Cahillik insanı insana düşmən edər, amma bilmək isə tolerantlığı və dostluğu yaradar. İnsanlar inamağa ehtiyacı olan varlıqlardır, bir şərtlə ki, inandığınız şeyi insanlara zorla başlarına vuraraq qəbul etdirməyə məcbur etməyin. Bilirəm ki, çox riskli bir mövzunu hazırlamışam. İnanıram ki, sizləri birazda olsa məlumatlandırmış oldum. Ümid edirəm ki, düşmənliyinizi deyil, dostluğunuzu qazanmışam...

(6 Ene'l-Hakk, Ərəbcə "Mən Haqqam", "Mən Haqqdan başqası deyiləm". mənasını verən bir sözdür. Ərəbcə “Hakk” sözü onun həqiqi və həqiqi mənalarını ifadə edir. Ene'l-Hakk sözünü ilk deyən Hallac-ı Mansur oldu. Tövhid əqidəsinə zidd olan bu ifadəni söyləməsi Hallac-ı Mansurun edam edilməsinə səbəb oldu. 7 Hallac-ı Mansur, Tavasin, s.38-45. Yaba Yayınları, 3. Baskı 2004. 8 Cahillər, axmaqlar din və imanlarını dünya ləzzət və ləzzətlərinə çatmaq üçün verdilər. Onlar axirətlərini satdılar, dünyanı və şəhvətlərinin istədiklərini aldılar. Onlar xilas yolunu tərk edib məhvə doğru qaçdılar. Bu alqı-satqıdan heç nə qazanmadılar. Ticarət və qazanc yolunu bilmirdilər. Çox boşa getdi. (Bəqərə surəsi, 16))

 

Şəkil 1 Satanizm logosu

   

Şəkil 2 Şeytan kilsəsi

    

Şəkil 3 Anton Lavyer

Ədəbiyyat siyyahısı

Pdf

https://dergipark.org.tr/tr/download/art
 
https://dergipa rk.org.tr/tr/download/article-file/267543

https://www.academia.edu/1571471/Tarihsel Süreç�%B 0çerisinde Şeytan ve Sanata Yansımaları

http://isamveri.org/pdfdrg/D02498/2005 1/2005 1 OZTURKM.pdf

Web saytlar

https://islamansiklopedisi.org.tr/cin

https://islamansiklopedisi.org.tr/seytan

https://spirituelsatanizm.org/satanizm-nedir-seytan-kimdir/

https://spirituelsatanizm.org/hellin-tanrılari-demonlar/

https://spirituelsatanizm.org/spirituel-satanizin

https://sorularlaislamiyet.com/satanizm-inanci-hakkinda-bilgi-verir-misiniz https://sorularlaislamiyet.com/peygamberimiz-asvin-iblis-ile-divalogu-nasil olmustur-seytanin-peygamberimiz-asvin-sorularını

 

Xəzər Universitetinin Tələbəsi

Xəbər lenti