Bakıda 15 yaşlı yeniyetmə aldığı yumruq zərbəsindən sonra xəstəxanada vəfat edib.
"Qafqazinfo" xəbər verir ki, iyulun 26-da Xətai rayonunda yerləşən, Nizami parkının ərazisində 2007-ci il təvəllüdlü M.Məmmədovun (şərti) xəsarət alması və almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla, zərərçəkmişin tanışı 2006-cı il təvəllüdlü C.Əliyevin (şərti) yumruqla M.Məmmədovun üz və baş nahiyəsinə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. C.Əliyev şübhəli şəxs qismində tutulub, istintaq davam edir.