“Müəllimlərin işə qəbulu imtahanlarında riyaziyyat fənnindən sualların başqa tərəfə verilməsi yolverilməzdir".
Tehsil.biz xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazir bununla bağlı lazımı addımların atılması üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcəyini bildirib:
"Bu kimi hallar başqa ölkələrdə də baş verir. Təhsil Nazirliyi də zərərçəkənlər sırasındadır. Çünki müəllimlə aramızda məxfilik müqaviləsi imzalanır. Müəllif də buna əməl etməlidir”.