"Nəhayət Təhsildə inkişaf və innivasiyalar üzrə qrant layihələrində qalib olan məktəb və müəllimlərin adı açıqlandı. Ümumilikdə qalib gələn 299 layihədən 19-u təkcə İsmayıllı rayon məktəblərinin payına düşür. İsmayıllı rayonu Topçu kənd tam orta məktəbinin 5 müəllimi fərdi kateqoriya üzrə layihələrdə qalib gəlib. İsmayıllı rayonu Qoşakənd kənd tam orta məktəbi isə biri ümtəhsil məktəbi kateqoriyası olmaqla 4 layihədə qalib gəlib. Layihələri qalib gələn məktəblərin nəticələri ölkədəki digər məktəblərdən heç də fərqlənmir".
Tehsil.biz xəbər verir ki, bunlar təhsil eksperti Kamran Əsədov bildirib.
Ekspert qeyd edib ki, bu məktəblərin təlim nəticələri daha aşağıdır.
"Əgər müəllimlərinin sayı 20-30 nəfər olan kiçik məktəbdə 4-5 layihə qalib gəlirsə, demək növbəti tədris ilində bu məktəblərdə dərs keçirilməyəcək, məktəb və müəllimlər ancaq layihəni həyata keçirməklə, daha doğrusu, pul silməklə məşğul olacaqlar. Ən maraqlı cəhət isə budur ki, bu layihəni həyata keçirən müəllimlərin heç layihəni kimin yazdığından xəbərləri yoxdur".
"Məsələn, kişi müəllim xalça toxunması ilə bağlı layihədə qalib gəlibsə, onun bu layihəni yazdığına ancaq Təhsil Nazirliyinin "qrantxor"ları inana bilərlər. Layihə adları da unikaldır, məsələn “məhəllə ansambılı”. Sabah “tin uşaqları” adlı layihənin qalib gəlməsini görsəniz, təəccüblənməyin. Sən demə, bu layihələr təhsilimizdə inkişafa və innovasiyalara xidmət edəcəkmişlər", - deyə Kamran Əsədov əlavə edib.